“Xəzər Lənkəran”ın formasını geyinmək mənə çox çətin gəldi”
23.09.2013 - 09:43
“Rəvan”da 2 il ərzində icarə əsasında çıxış edirdim. Orda oynasam da, “Xəzər Lənkəran” mənimlə müqavilənin müddətini uzadırdı”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilov deyib.
2010-cu ildə “Xəzər Lənkəran”a “Simurq”dan transfer olunan millimizin sabiq futbolçusu Mirça Rednikin dönəmində komandadan göndərildi. O, 2011-ci ilin yayında həmin vaxt çempionatın debütantlarından sayılan “Rəvan”a icarəyə verildi. İndi Cəlilov 2 illik fasilədən sonra yenidən cənubluların düşərgəsinə qayıdıb.
Cəlilovun uzun aradan sonra “ağ-yaşıl” formanı geyməsinə münasibət öyrənmək qərarına gəldik: “Uzun müddətdən sonra “Xəzər Lənkəran” formasını geyinmək mənə çox çətin gəldi. Bu, məsuliyyətdən irəli gəlirdi. Ancaq ümumilikdə hər şey normal idi. Sıxılmalı bir şey yox idi. 6 oyun idi ki, əsas heyətdə oynamırdım. Bu üzdən son dəqiqələrdə yorğunluq öz sözünü deyirdi”.
Elnur Allahverdiyevin komandadan qovulması isə ən çox onun işinə yarayıb. Belə ki, AZAL ilə oyunda baş məşqçi Con Toşak müdafiənin sağını ona həvalə etmişdi. “Allahverdiyevin yerini doldura biləcəksinizmi” sualımıza 26 yaşlı futbolçunun reaksiyası belə oldu: “Bu barədə nəsə deyə bilmərəm. Hərənin öz oyun üslubu var. O özünə görə, mən də özümə görə oynayıram. Futboldur da, hərə bir cür oynayır”.
Qeyd edək ki, AZAL ilə oyunda start heyətində meydana çıxan Tural Cəlilov yalnız 88-ci dəqiqədə Makedoniya millisinin dayaq yarımmüdafiəçisi Nikola Qliqorovla əvəzlənib.
Səbuhi TOFİQOĞLU

0
0