Azərbaycan-Türk Futbol Məktəbinin açılışı olacaq
23.09.2013 - 09:50
Azərbaycan-Türk Futbol Məktəbinin açılışı olacaq
Bu gün Türkiyədən gələn idman və sənət adamları Azərbaycan-Türk Futbol Məktəbinin açılışında iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, saat 16:00-da başlayacaq mərasimdə qardaş ölkənin məşhur futbol məşqçiləri Yılmaz Vural, Güvənc Kurtar, tanınmış güləşçilər Ahmat Taşçı və Kadir Birlik, eyni zamanda Mustafa Ceceli,Tarık Menguç, Bengü Erden, Ahmet Selcuk İlkan kimi sənət adamları iştirakçılar arasında olacaq.

Qeyd edək ki, Futbol məktəbi Bakı şəhəri, Nərimanov rayonunun Qafur Murad küçəsində yerləşir (DİN Hospitalının arxası).