Mişel Platini Sumqayıtda - FOTOSESSİYA
23.09.2013 - 10:06
Ölkəmizdə səfərdə olan UEFA-nın prezidenti Mişel Platini AFFA-nın prezidenti və futbol ictimaiyyətinin nümayəndələri ilə birlikdə Sumqayıt şəhərində müasir şəkildə inşa olunmuş, yeni qurğu və avadanlıqlarla təchiz edilmiş stadionda olub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, ölkəmizin futbol qurumunun baş katibi Elxan Məmmədov yeni stadionun əvvəlki vəziyyətini əks etdirən fotostendi Mişel Platiniyə təqdim edib.
Sonra Sumqayıt"ın prezidenti Kamran Quliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni layihəsi haqqında danışıb. Qonaqlar stadionun mətbuat konfransı, soyunub-geyinmə otaqları və fitnes zalına baxıb, gənc futbolçuların məşq prosesini izləyib.

0
0