Azərbaycan Futzal Federasiyasının prezidentinin fəaliyyəti donduruldu
23.09.2013 - 10:30
Futzal üzrə Avrasiya ölkələrinin klubları arasında keçirilən “Yeryomenko kuboku” turnirinin təşkilat komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda oktyabrın sonunda start götürəcək yarışın təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Turnirə rəhbərlik edən Şuranın tərkibində dəyişiklik də edilib. Belə ki, bura üzvlərindən olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun fəaliyyəti dondurulub.
Onun Şuranın heyətindən kənarlaşdırılması Azərbaycan klublarının bu dəfəki yarışa qatılmaması ilə bağlıdır. Belə ki, əvvəlcədən yarışda təmsil olunacağımız gözlənilsə də, klublarımızdan heç biri iştirakçılar arasına qoşulmayıb.
Qeyd edək ki, ilk yarışda Rusiya, Ukrayna, Latviya, Qazaxıstan və Çexiya klubları çıxış edəcək.

0
0