Junior Nildo: Mənə “satqın” demələri normaldı - MÜSAHİBƏ
23.09.2013 - 10:37
“Xəzər Lənkəran”ın braziliyalı hücumçusu Junior Nildo Topaz Premyer Liqasının VII turunda AZAL üzərində qazanılan 3:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- AZAL-a qalib gəlməklə, ardıcıl 2-ci oyunda da 3 xal qazandınız. Bu qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- “Qəbələ”yə uduzduqdan sonra qarşımıza toparlanmağı məqsəd kimi qoymuşduq. “Bakı” ilə oyunda qazandığımız qələbə bizə əlavə motivasiya vermişdi. Bu üzdən AZAL-la oyuna da 3 xal dalınca gəlmişdik. Çox sevinirəm ki, səfərdə güclü komandaya qarşı oynamağımıza baxmayaraq, qələbə qazana bildik.
- 2 qol vurduğunuz üçün sevinc içində olmalısınız...
- “Xəzər Lənkəran”a gələndə mənim məqsədim bir olub. Vurduğum qollarla həmişə komandama qələbə qazandırmaq istəmişəm. Ancaq buna qədər bəxtim gətirmirdi. Tərslikdən top qapıya girmək istəmirdi. Ancaq bu gün 2 qol vurdum. Ona görə də çox sevincliyəm. Xüsusilə, 2-ci qolu vurduğum zamanı çox sevindim.
- Sonuncu dəfə I turda “Sumqayıt”ın qapısına yol tapmışdınız. 6 turdan sonra 2 qol vuracağınızı, üstəlik, sabiq komandanız AZAL-la oyunda fərqlənəcəyinizi gözləyirdinizmi?
- Məşqlərdə səylə çalışırdım. Məqsədim hər oyunda qol vurmaqdır. Ancaq təsadüfdən bəxtim bugünə gətirdi və elə oldu ki, məhz sabiq komandamın qapısına 2 top vurdum. Digər oyunlarda bəxt imkan versəydi, AZAL yox, başqa komandaya da qol vurmuşdum.
- 2-ci qolu vurduqdan sonra AZAL-ın azarkeşləri onu “satqın Nildo” çağırmağa başladılar. Buna münasibətinizi bilmək maraqlı olardı...
- Mənim AZAL komandasının azarkeşlərinə böyük hörmətim var. Vurduğum qolu da bu üzdən bayram etmədim. Dünən onlar üçün oynayırdım, onlar üçün vuruşurdum. Bu gün isə “Xəzər Lənkəran” formasını daşıyıram. Ona görə də onların mənə “satqın” demələrini normal qarşılayıram.
- Növbəti turda “İnter”lə ev oyunu sizi gözləyir. Həmin qarşılaşmada da qol vuracağınızı azarkeşlərə söz verə bilərsiniz?
- Mən söz verməyi xoşlamıram. Ancaq Lənkəranda fərqlənmək üçün əlimdən gələni edəcəyəm.
Səbuhi TOFİQOĞLU

0
0