Fərid Quliyevin yeni baş məşqçisi bəlli oldu - FOTO
23.09.2013 - 11:46
Həmyerlimiz Fərid Quliyevin formasını geyindiyi “Kahramanmaraşspor”da yeni baş məşqçi təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Besim Durmuşun istefasından sonra boşalan posta Yılmaz Özlem gətirilib.
Türkiyə çempionatının I divizionunda mübarizə aparan Kahramanmaraş təmsilçisi çalışdırıcı olmağa qərar verən veteran futbolçu ilə 2 illik müqavilə bağlayıb. Lakin Özlemin məşqçi kimi debütü uğursuz alınıb. Belə ki, sonuncu turda Fəridin iştirak etmədiyi matçda həmyerlimizin komandası doğma publika önündə “Orduspor”a uduzub (2:3).
Qeyd edək ki, 2011-ci ildə başa vurduğu futbolçu karyerası ərzində “Qaziantepspor”, “Diyarbəkirspor”, “Manisaspor”, “Bucaspor” kimi klublarda forma geyinən Özlem aqressiv davranışlarına görə “Dəli Yılmaz” ləqəbi ilə tanınıb.

0
0