Çempionumuz üçün rəqib
23.09.2013 - 13:02
Çempionumuz üçün rəqib
İslandiya çempionatının sonuna 1 tur qalmış yarışın qalibinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Reykyavik” tarixində 26-cı dəfə İslandiyanın ən yaxşısı adını qazanıb.

Paytaxt təmsilçisi buna səfərdə “Valyur”u 2:1 hesabı ilə məğlub etməklə nail olub.

Ehtiyatda 1 oyunu da olan çempion 20 matçdan sonra 49 xal toplayıb. Onların ən yaxın izləyiciləri “Hafnarfyordur” 44, “Styarnan” 43 xala malik olsa da, cəmi 1 oyunları qalıb.

Çempion adını qazanmaqla “Reykyavik” Çempionlar Liqasının 2014/15 mövsümündə oynamaq imkanı da əldə edib İslandiya təmsilçisi bu yarışda Azərbaycan çempionunun potensial rəqiblərindən olacaq.