Azərbaycan çempionatları tarixində ilk dəfə
23.09.2013 - 13:03
Azərbaycan çempionatları tarixində ilk dəfə
Topaz Premyer Liqasının VII turu 2 ölkə təmsilçilərinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yarışın 21 illik tarixində ilk dəfə meydana Tacikistan və İsraildən olan futbolçular çıxıb.

“Qəbələ” – “Rəvan” oyununda qonaqların heyətində sonradan meydana daxil olan Sohib Savankulov ilk tacikistanlı kimi Premyer Liqa tarixinə düşüb. Sarı vərəsə ilə də cəzalanan futbolçu 72-ci ölkə təmsilçisi olub.

Bir gün sonra keçirilən “Qarabağ” – “Simurq” matçında qonaqların heyətində israilli İdan Vaytsman debüt edib. 73-cü ölkə təmsilçisi olan legioner də sarı vərəqə ilə cəzalanıb.

Mənbə: pfl.az