AZAL da hakimlikdən narazı qaldı - VİDEO
23.09.2013 - 13:30
AZAL da hakimlikdən narazı qaldı - VİDEO
Topaz Premyer Liqasının hesabat turunda “Xəzər Lənkəran”ı qəbul edən AZAL 1:3 hesabı ilə məğlub oldu. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin nümayəndələri yenilginin səbəbini hakimlərin idarəçiliyində görür. Onlar xüsusən də referi Vüsal Əliyevdən şikayətçidirlər.

Meydan sahiblərinin narazı qaldıqları epizodları diqqətinizə çatdırırıq:

1-ci epizod: 26-cı dəqiqə - “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev kobud oynasa da, ona sarı vərəqə verilmir.

2-ci epizod: 44-cü dəqiqə - “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahi və Rahid Əmirquliyev AZAL PFK-nın futbolçusu Vladimir Boqdanoviçə qarşı kobud oynayırlar.

3-cü epizod: 45+1-ci dəqiqə - AZAL PFK-nın futbolçusu Cavid Tağıyev “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilov tərəfindən əllə saxlanılır. Amma hakim buna reaksiya vermir. Hücumun davamında isə AZAL PFK-nın futbolçusu Oskars Klavaya sonuncu ümid foluna görə qırmızı vərəqə verilir.


4-cü epizod: 68-ci dəqiqə - oyundankənar vəziyyət olsa da, hakim AZAL PFK-nın qapısına vurulan qolu qeydə alır.

5-ci epizod: 29 və 41-ci dəqiqələrdə “Xəzər Lənkəran”ın oyunçusu Junior Franko Nildo qaydaları pozsa da, ona hər iki epizodda sarı vərəqə verilmir.

6-cı epizod: 89-cu dəqiqədə “Xəzər Lənkəran”ın oyunçusu Elnur Abdullayevə sarı vərəqə verilir. Halbuki, 26-cı dəqiqədə ona sarı verilməli idi və son epizoda görə, o, meydançadan qovula bilərdi.