Di Kanio qovuldu
23.09.2013 - 13:41
Di Kanio qovuldu
İngiltərənin “Sanderlend” klubu baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Paolo di Kanionu istefaya göndərib. Qeyri-adi hərə hərəkətləri ilə tanının italiyalı çalışdırıcı uğursuz nəticələrin qurbanı olub.

Belə ki, “Sanderlend”in Premyer Liqanın sonuncu turunda səfərdə “Vest Bromviç”ə 0:3 hesabı ilə uduzması rəhbərliyin səbr kasasını daşırıb. Geridə qalan 5 turdan 1 heç-heçə edib, 4 görüşdə məğlub olan komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bu isə Di Kanionun gedişini labüd edib.

Klub rəhbərliyi italiyalı mütəxəssisə futbolçularla vidalaşmağa belə, şərait yaratmayıb. Bazaya gələn Di Kanioya əşyalarını toplayıb, sakitcə getmək qalıb.

Qeyd edək ki, Paolo Di Kanio bu ilin aprelində “Suindon Taun”u “Sanderlend”ə dəyişmiş və komandanı elitada saxlamağı bacarmışdı.