“Rəvan”: səhər məşqində toplu çalışmalar
23.09.2013 - 14:35
“Rəvan” Topaz Premyer Liqasının VIII turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda ötən həftəsonu bərpaedici tədbirlər keçdikdən sonra bu gündən etibarən yenidən meydan məşqlərinə başlayıb.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında "Bayıl Arena”da keçirilən hazırlıqda zədəli Tofiq Mikayılovla Elvin Həsənəliyev istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib. Təxminən 2 saat davam edən bugünkü səhər məşqində futbolçular toplu çalışmalar üzərində işləyib. Məşq ümumilikdə taktiki-texniki yöndə olub.

0
0