Yuri Syomin: Heç vaxt bundan aşağı enməmişik
23.09.2013 - 14:41
“Dinamo”nun indiki durumu ilə bağlı yalnız onu deyə bilərəm ki, mənim komandam daim 1-ci yer uğrunda mübarizə aparıb. Bəli, 2-ci də olmuşuq. Amma heç vaxt bundan aşağı enməmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Kiyev “Dinamo”sunun sabiq çalışdırıcısı vaxtilə rəhbərlik etdiyi komandanın durumu ilə bağlı geniş müsahibə verib: “Lakin 2-ci, hətta 1-ci yerə görə də istefaya göndərirlər. Amma bunu diskussiyaya çevirmək istəmirəm. “Dinamo”nun aldığı oyunçular çox yüksək səviyyəlidir. Lakin oyunda heç bir inkişaf yoxdur”.
Syomin “Dinamo”nu çalışdırdığı vaxt üzləşdiyi tənqidləri də xatırlayıb: “Ukraynada tənqidlə məşğul olan kifayət qədər futbol eksperti var. Ancaq həmin ekspertlərin hansısa komandanı çalışdırmaq vaxtı çatanda məlum olur ki, onlar heç nə bilmir. Həm məni, həm Valeri Qazzayevi “Dinamo”da çalışanda həmin ekspertlər çox “öyrədirdilər”. Amma indi özləri həll yolunu tapmırlar. Baş məşqçiyə onsuz da uzun müddət çalışmağa imkan vermirlər. Buna görə də 1 il inkişafa nail olmaq üçün kifayət qədər uzun vaxtdır”.

0
0