“Sırf müdafiədən oynayan rəqiblə həmişə belə olur”
23.09.2013 - 16:43
“Sırf müdafiədən oynayan rəqiblə həmişə belə olur”
“Bu oyunda qalib gələ bilmədiyimizə görə çox təəssüflənirəm. Çoxsaylı qol imkanlarından yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nın kapitanı Rəşad Sadiqov deyib.

Təcrübəli yarımmüdafiəçi Topaz Premyer Liqasının VII turunun “Sumqayıt”la oyunu (0:0) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Halbuki böyük hesablı qələbə qazana bilərdik. Sırf müdafiədən oynayan rəqiblə həmişə belə olur. Qol gəlmədikcə onlar daha da qapanırlar. Əgər vaxtında bir qol vursaydıq, tam fərqli oyun və hesab olacaqdı. Azarkeşlərimizə səslənmək istəyirəm ki, məyus olmasınlar, biz çempionluq uğrunda mübarizəmizi davam etdiririk”.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 3-cü pillədədir.