“Çalışacağıq ki, “Qarabağ”a qalib gələk”
23.09.2013 - 16:50
“Çalışacağıq ki, “Qarabağ”a qalib gələk”
“Sumqayıt”ı məğlub edə bilmədiyimiz üçün məyusam. Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nın kapitanı Cavid İmamverdiyev deyib.

Gənc yarımmüdafiəçi Topaz Premyer Liqasının VII turunun “Sumqayıt”la oyunu (0:0) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “O epizodlardan birini qola çevirsəydik ardı gələcəkdi. Rəqib sona kimi bütün komanda ilə müdafiə olundu. Qarşıda bizi növbəti çətin oyun gözləyir. Həftə sonu “Qarabağ”ı qəbul edəcəyik. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.