Con Olureminin qolu ən yaxşı seçildi
23.09.2013 - 17:09
Con Olureminin qolu ən yaxşı seçildi
Topaz Premyer Liqasında avqust ayında vurulmuş ən gözəl qolun müəllifi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən AZAL klubunun amerikalı yarımmüdafiəçisi Con Olureminin IV turda “Sumqayıt”ın qapısına vurduğu qol avqust ayının ən yaxşısı seçilib.

1. Con Oluremi (AZAL) (771 səs, 35%)

2. Cavid Hüseynov (Bakı) (579 səs, 26%)

3. Reynaldo Silva (Qarabağ) (482 səs, 22%)

4. Bahodır Nasimov (Neftçi) (278 səs, 13%)

5. Vaqif Cavadov (İnter) (100 səs, 5%)

Qeyd edək ki, qalibin mükafatlandırılması mərasimi 25 sentyabrda “Fairmont Baku” mehmanxanasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.