“Xəzər Lənkəran” evə döndü
23.09.2013 - 17:32
Topaz Premyer Liqasının VII turu çərçivəsində səfərdə AZAL üzərində 3:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün Bakıda bərpa məşqi keçdikdən sonra cənuba doğru istiqamət alıb.
Axşama doğru Lənkərana çatan komanda istirahətə çəkilib. Növbəti məşq sabah saat 18:00-a nəzərdə tutulub.
Qeyd edək ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının VIII turunda “İnter”i qəbul edəcək.
Axşama doğru Lənkərana çatan komanda istirahətə çəkilib. Növbəti məşq sabah saat 18:00-a nəzərdə tutulub.
Qeyd edək ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının VIII turunda “İnter”i qəbul edəcək.
0
0