PSJ-də Tiaqo Silva şoku
23.09.2013 - 19:37
Fransa Liqa 1-in VI turu çərçivəsində PSJ doğma arenada “Monako” ilə 1:1 bərabərə qalıb. Apasport.az saytının məlumatına görə, bu oyundan sonra Paris təmsilçisini itirilən xallardan əlavə Tiaqo Silvadan gələn xəbər də şoka salıb.
Klub saytından verilən məlumata görə, həmin matçın 15-ci dəqiqəsində sol ayağından zədələnərək meydanı tərk edən braziliyalı müdafiəçi təxminən 6 həftə komandaya kömək edə bilməyəcək. Parislilər komanda kapitanını yaxın günlərdə ətraflı müayinədən keçirdikdən sonra onu daha tez yaşıla meydanlara qaytarmağa çalışacaqlar.
Qeyd edək ki, 2012-ci ildə “Milan”dan PSJ-yə transfer olunan 29 yaşlı futbolçunun klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

0
0