Ronaldo Cihan Özkaranın baş məşqçisindən danışdı
23.09.2013 - 20:58
Braziliya millisinin və “Real”ın sabiq futbolçusu Ronaldo “Santiyaqo Bernabeu” stadionunda təşkil olunan kitab təqdimatından sonra maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan 37 yaşlı keçmiş hücumçu Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın da çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Roberto Karlos haqqında fikirlərini bölüşüb.
Ronaldo həmvətəninin yeni karyerasında uğur qazanacağına inandığını bildirib: “Karlosla tez-tez görüşürük. Onunla birlikdə çox futbol oynamışıq, xarakterinə yaxından bələdəm. Roberto futbolçu olarkən uğurlar qazandığı kimi, məşqçi olaraq da çox şeyə nail olacağına inanıram”.
Sonda öz haqqında da danışan Ronaldo gələcəkdə məşqçi olmağı düşünmədiyini deyib.

0
0