“Hamımız Məsut üçün çalışırıq”
23.09.2013 - 21:50
“Arsenal”ın futbolçusu Kiran Qibbs komanda yoldaşı Məsut Özil haqqında danışıb. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına açıqlama verən 28 yaşlı müdafiəçi Özilə təriflər yağdırıb.
Qibbs türk əsilli futbolçunun gəlişindən sonra komandada çox şeyin dəyişdiyini deyib: “O, həqiqətən gördüyü işdən zövq alan biri. Çox istəkli futbolçudur. “Real” kimi bir klubdan gəldikdən sonra buraya gec öyrəşəcəyini düşünürdük, amma , o bizi təəccübləndirir. Məsut gəldikdən sonra komanda olaraq daha da güclənməyə başladıq. Hamımız onun üçün daha çox çalışırıq. Məsut, bizi daha da qabağa aparacaq futbolçudur”.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Məsut Özil bu yay 50 milyon avro qarşılığında Madrid “Real”ından “Arsenal”a transfer olunub.

0
0