Millimiz yenə məğlub oldu
23.09.2013 - 22:21
Millimiz yenə məğlub oldu
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması növbəti oyununu keçirib.

Futbolçularımız Avstriya ilə üz-üzə gəlib. Oyuna inamsız başlayan komandamız Hasler (31) və Bauerin (42) qolları ilə meydandan 2:0 hesabı ilə məğlub ayrılıb.

Qeyd edək ki, millimiz keçən oyun Xorvatiyaya 3:1 hesabı ilə məğlub olub.