İtaliya Futbol Federasiyası Balotellini cəzalandırdı
23.09.2013 - 23:07
İtaliya Futbol Federasiyası Balotellini cəzalandırdı
İtaliya A Seriyasının IV turu çərçivəsində “Napoli”yə 2:1 hesabı ilə məğlub olan “Milan”a daha bir şok xəbər də futbolçusu Mario Balotellidən gəlib. Apasport.az saytının məlumatına görə, həmin matçda baş hakimi təhqir edən 23 yaşlı hücumçunun cəzası açıqlanıb.

Belə ki, İtaliya Futbol Federasiyası Balotellini 3 oyunluq cəzalandırıb. Bununla da o, “Bolonya”, “Sampdoriya” və “Yuventus”la oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Mario cari ilin yanvar ayında İngiltərənin “Mançester Siti” klubundan “Milan”a transfer olunub.