“Çelsi”nin sabiq baş məşqçisi: Mourinyonu başa düşə bilmirəm
24.09.2013 - 01:49
“Çelsi”nin sabiq baş məşqçisi: Mourinyonu başa düşə bilmirəm
Londan təmsilçisi “Çelsi”nin sabiq baş məşqçisi Avram Qrant klubun hazırkı çalışdırıcısı Joze Mourinyo ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına danışan israilli mütəxəssis Maurinyonun Xuan Mataya şans verməməsinə təəccübləndiyini deyib.

Qrant portuqaliyalı çalışdırıcını başa düşə bilmədiyini bildirib: Mourinyonu başa düşə bilmirəm. Mataya niyə şans verməməsi məni təəccübləndirir. Amma bu onun qərarıdır. Komandada ispaniyalı futbolçunun bölgəsində oynaya biləcək Oskar, Hazard, Villian kimi bir çox alternativlər var. Baş məşqçi bəzən çətin qərarlar vermək məcburiyyətində qalır. Joze də bu işi yaxşı bilir. Ümid edirəm ki, hər şey yaxşı olar”.

Qeyd edək ki, Avram Qrant 2007-2008 mövsümündə ingilis klubunu çalışdırıb.