Paulo Futre: Arda Turan “Atletiko” üçün ideal simalardan biridir
24.09.2013 - 03:21
Paulo Futre: Arda Turan “Atletiko” üçün ideal simalardan biridir
Madrid “Atletiko”sunun əfsanəvi futbolçularından olan Paulo Futre klubun türkiyəli yarımmüdafiəçisi Arda Turan haqqında danışıb. Apasport.az saytının məlumatına görə İspaniya mətbuatına danışan portuqaliyalı sabiq hücumçu paytaxt təmsilçisinin Arda ilə 2017-ci ilə qədər müqavilə yeniləməsinin çox vacib addım olduğunu deyib.

Futre 26 yaşlı futbolçunun oyunu ilə onu valeh etdiyini bildirib: “Bu yaxınlarda Arda Turanla müqavilənin müddəti 2017-ci ilə qədər uzadıldı. Keçmiş futbolçu olaraq Ardanın oyununa valeh olduğum üçün bu xəbər məni çox sevindirdi. Türkiyəli futbolçunun pak qabiliyyəti var. Onun xüsusi hərəkətləri, enerjisi var. Meydanda fərq yaradır və qalib gəlmək üçün dünyaya gəlib. Top onun ayağında olanda sehrli bir şey edəcəyini bilirsən. Gözünü yumub-açana qədər oyunun gedişini dəyişdirə bilir. Hazırda Arda “Atletiko” üçün ideal simalardan biridir”.

Qeyd edək ki, 1987-1993 və 1997-1998 mövsümündə “Atletiko”da çıxış edib. O, həm də 2000-2003-cü illər ərzində klubda idman direktoru vəzifəsində olub.