Xerardo Martino: Hələ də mükəmməl deyilik
24.09.2013 - 05:54
Xerardo Martino: Hələ də mükəmməl deyilik
“Barselona”nın baş məşqçisi Xerardo Martino komandasının hazırkı vəziyyətini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan təcrübəli mütəxəssis cari çempionatda keçirilən 5 oyunun hamısında da qalib gəlmələrinə baxmayaraq, hələ də istənilən səviyyədə olmadıqlarını deyib.

Argentinalı çalışdırıcı mükəmməl olmaq üçün çox çalışmalı olduqlarını bildirib: “Oyun ərzində hissə-hissə istədiklərimizi tam olaraq reallaşdıra bilirik. Amma hələ də mükəmməl deyilik və inkişaf etdirməmiz vacib olan bəzi şeylər var. “Ayak” və “Rayo Valyekano” ilə oyunda bəzi çatışmazlıqlarımız oldu, amma ümumi baxanda yaxşı olduğumuzu düşünürəm”.

Yeni transferləri Neymar haqqında da danışan Martino sözlərini belə yekunlaşdırıb: “Ondan çox məmnunam. Qısa müddətdə bizə öyrəşə bildi və komandaya kömək etməyə başladı”.

Qeyd edək ki, 50 yaşlı məşqçi bu yay ispan klubunda işə başlayıb.