Rusiya yığmasının hücumçusu: Rəqib döyüşkən komandadır
24.09.2013 - 08:25
“Oyun çox ağır alındı. Azərbaycan yığması müdafiədən oynayırdı. Onların arxa xətdə çox oyunçusu var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının futbolçusu Nikolay Obolski deyib.
Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununda (1:0) komandasının qələbə qolunu vuran hücumçu qarşılaşma haqda fikirlərini açıqlayıb: “Burada boşluqlar çox nadir hallarda tapılırdı. Azərbaycan yığması yaxşı mübarizə aparan döyüşkən komandadır. Yaxşı ki, erkən qol vurub, sonradan bu hesabı qoruya bildik. Ən əsası isə odur ki, 3 xal qazandıq. Ötən oyunda heç cür qol vura bilmədim. Bu dəfə isə bəxtim gətirdi. Qol vurduğum epizodda hər şeyi Nikolay Kipiani etdi. Mən yalnız ayağımı düzgün qoymalı idim. Matçdakı gərginlik sona qədər davam etdi. 2-ci qol lazım idi ki, oyun sakitləşsin”.
Qeyd edək ki, matçın taleyini Obolskinin 6-cı dəqiqədə vurduğu qol həll edib.

0
0