“Biz onların səhv etməsini gözləyirdik”
24.09.2013 - 08:36
“Biz onların səhv etməsini gözləyirdik”
“Azərbaycan yığması ilə oyunumuz bərabər səviyyədə keçdi. Erkən qol amili matçda böyük rol oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının futbolçusu Daniel Yamşikov deyib.

Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundan (1:0) sonra yarımmüdafiəçi qarşılaşma haqda fikirlərini açıqlayıb: “Hesabı biz açdıq. Lakin sonradan 100 faizlik qol vəziyyəti yarada bilmədik. Əvəzində özümüz də müdafiə olunmalı olduq. Hesab xeyrimizə idi və biz rəqibin səhv etməsini gözləyirdik. Lakin alınmadı. Azərbaycan yığması mərkəzdə bizə oynamaq imkanı vermişdi. Bu üzdən üstünlük bizim tərəfimizdə idi”.

Qeyd edək ki, Rusiya yığması ardıcıl 2-ci qələbə ilə növbəti mərhələyə yüksəlib.