Yunisoğlu və İsayev baş məşqçisiz qaldı
24.09.2013 - 08:47
Həmyerlilərimiz Saşa Yunisoğlu və Arif İsayevin formasını geyindikləri “Dənizlispor”da baş məşqçisi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, komandanın çalışdırıcısı Sərdar Dayat vəzifəsindən getdiyini açıqlayıb.
44 yaşlı çalışdırıcı “Dənizlispor”da heyətin yetərli olmadığını, rəhbərliyin onun istədiyi transferləri həyata keçirmədiyini əsas gətirərək, istefa qərarı aldığını bildirib: “Problemlər üst-üstə gəldi. Fərdi amillərlə yanaşı, komanda olaraq uğur qazana bilməyimizə bir sıra amillər əngəl oldu. “Bucaspor”la matçdan sonra “Dənizlispor”la yolları ayırmağı düşündüm, amma futbolçu dostlarımı düşünərək, davam etməyə qərar verdim. Ancaq q problemlər son həddə gəldi. Ayrılmağın ən məntiqli addım olduğu qənaətinə gəldim. Klubun önünü açmaq üçün istefa verdim”.
Qeyd edək ki, “Dənizlispor” bu ilin iyulundan komandaya rəhbərlik edən Sərdar Dayatla çıxdığı 6 matçdan 4-də uduzub. Hesabında 4 xal olan I divizion təmsilçisi hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

0
0