Yığmanın məşqçisinə əvəzedici tapıldı
24.09.2013 - 08:55
İrlandiya milli komandasını DÇ-2014-ün son 2 oyununa çıxaracaq baş məşqçi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Covanni Trapattoninin istefasından sonra boş qalan post Noel Kinqə tapşırılıb.
56 yaşlı mütəxəssis bunadək ölkəsinin U-21 yığmasına rəhbərlik edirdi. Əsas komandada baş məşqçi əvəzi təyin olunan çalışdırıcı bu vəzifəni müvəqqəti icra edəcək. Belə ki, irlandiyalılar Avro-2016-nın seçmə mərhələsinin startına qədər daha təcrübəli mütəxəssis gətirməyin planlaşdırır.

0
0