“Kəpəz” sabiq baş məşqçisinə iş verdi
24.09.2013 - 09:23
“Kəpəz” sabiq baş məşqçisinə iş verdi
Futbol üzər ölkə çempionatının I divizionunda mübarizə aparan “Kəpəz”də aşağı yaş qrupları üzrə komandalara məşqçi təyinatları rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Mehman Allahverdiyev prezident postuna təyinatından sonra yeni dönəmə qədəm qoyan Gəncə təmsilçisində tanış simalar da çalışacaq.

Belə ki, Fuad İsmayılov U-17, Xaliq Mərdanov U-15, Şahin İsmayılov U-14, Mustafa Əsədov U-12, Xaliq Qafarov isə U-11-ə nəzarət edəcək.

Qeyd edək ki, Fuad İsmayılov müxtəlif vaxtlarda “Kəpəz”in baş məşqçisi olub. O, klub “Gəncə” adlanan vaxt postunu Mehman Allahverdiyevə, ötən mövsümün əvvəlində isə Mahmud Qurbanova təhvil verib.