“Azərbaycan yığması zəif rəqibdir”
24.09.2013 - 10:55
“2 oyunda qol buraxmadan 6 xal – təbii ki, belə nəticələr çox xoşdur. Amma bu dəfə biz özümüz özümüzlə mübarizə aparırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Avstriya milli komandasının baş məşqçisi İren Furman deyib.
33 yaşlı gənc mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub edən yetirmələrindən tam razı qalmayıb.
Furman bu görüşdə daha çox qol gözlədiyini bildirib: “Xüsusilə 3-cü qolu vurmaq çün çox çalışdıq. Azərbaycan yığması zəif rəqibdir. Lakin biz hücumları məntiqi sonluğa çatdıra bilmirdik. Oyunun 80-90 faizi ərzində top bizdə oldu. Ancaq qol imkanları da çox yarada bilmirdik. Elə yaratdıqlarımızı da tamamlamaqda çətinlik çəkirdik”.
Qeyd edək ki, ilk 2 oyunda məğlub olan Azərbaycan yığmasının qrupda qalacağı rəsmiləşib. Son turun Xorvatiya və Avstriya arasında qarşılaşmasında isə növbəti mərhələyə birbaşa çıxacaq qrupun qalibi müəyyənləşəcək.

0
0