Premyer Liqanın 3 “muşketyor”u
24.09.2013 - 11:04
Topaz Premyer Liqasının VII turu Elnur Allahverdiyevin mövsümdə ikinci klubda oynaması ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, avqustda “Xəzər Lənkəran”ın formasını geyinən Azərbaycan millisinin müdafiəçisi artıq sentyabrda “Qəbələ”nin şərəfini qorudu.
Bir futbolçunun mövsümün startında belə erkən klub dəyişməsi isə Azərbaycan çempionatları üçün nadir hadisədi. Amma Elnur heç də ilk deyil. Belə ki, mövsümün arxada qalan hissəsində klub dəyişən daha 2 futbolçu olub. Bunlar Aqil Nəbiyevlə Nodar Məmmədovdur.
Mövsümə iddialı “Bakı”da başlayan Aqil ilk turda meydana çıxmışdı. Lakin artıq V turda Nəbiyev “Rəvan”ın oyunçusu kimi iş başında idi. Nəbiyev yeni komandasında da 2 oyun keçirib.
Nodar isə ilk 2 turda “Rəvan”ın formasını geymişdi. Aqilin gəlməsi ilə onun getməsi təxminən eyni oldu. Məmmədov V turda heyətində peyda olduğu “Sumqayıt”da da 2 dəfə meydana çıxıb.
Bu siyahıda 3-cü olan Elnur isə ilk 5 turda “Xəzər Lənkəran”ın əvəzolunmaz simalarından idi. Lakin VII turda müdafiəçi artıq yeni komandasında debüt etdi.

0
0