AFFA Premyer Liqanın 4 klubunu cəzalandırdı
24.09.2013 - 11:55
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VII turunun oyunlarında baş verənlər müzakirə olunub. Komitə Premyer Liqanın 4 klubunu ümumilikdə 10200 manat məbləğində cəriməyə layiq görüb
“Qəbələ” ilə matçda “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Qarabağ”la görüşdə 5 oyunçusu xəbərdarlıq alan “Simurq”un da cəriməsi eyni olub. Qarşılaşmanın 83-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün Ağdam təmsilçisi 2000 manat ziyana düşüb. 90+3-cü dəqiqədə “Simurq”un futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa birbaşa qırmızı vərəqə alıb. Bu hərəkəti serbiyalıya 4 oyunluq cəza, klubuna 4000 manat cəriməyə başa gəlib.
AZAL – “Xəzər Lənkəran” matçının 45+1-ci dəqiqəsində meydan sahiblərinin üzvü Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığından 1 oyunluq cəzalanıb və klubunu 200 manat xərcə salıb. Oyunun 72-ci dəqiqəsində AZAL-ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

0
0