Ufuk Budak “Əskişəhərspor”da qol vurdu
24.09.2013 - 12:48
Ufuk Budak “Əskişəhərspor”da qol vurdu
Milli komandamızın futbolçusu Ufuk Budak cari mövsüm klubunda ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi “Əskişəhərspor”un əvəzedici komandasında meydana çıxıb.

O, “Əskişəhərspor”un “Sakaryaspor”la səfər görüşünün iştirakçılarından olub. Start heyətində meydana çıxan futbolçumuz qarşılaşmanı əvəzolunmadan keçirib. Ufuk müdafiəçi olmasına baxmayaraq, hətta rəqib qapısına da yol tapmağı bacarıb. Onun 60-cı dəqiqədə vurduğu qol komandasını hesabda 2:1 önə keçirib. Bununla belə, Ufukun komandası qalan dəqiqələrdə 2 top buraxaraq ilk görüşünü 2:3 məğlub başa vurub.

Qeyd edək ki, “Əskişəhərspor”un yeni baş məşqçisi Ərtuğrul Sağlam da Ufuk Budaka şans vermir. Bu üzdən onun azı qışa kimi əvəzedici komandada oynayacağı gözlənilir.