“Qəbələ”nin qapıçısının Braziliyadakı rekordu üzə çıxdı
24.09.2013 - 13:06
Braziliyanın “Atletiko-Parenaense” klubunun rekordçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı həmkarlarımız komandanın son 10 illik çıxışlarını araşdıraraq ən çox etimad qazanan qapıçıları üzə çıxarıblar.
A seriyası təmsilçisi 2003-13-cü illərdə 17 qolkiperə güvənib. Onların arasında mütləq rekord isə hazırda “Qəbələ”də çıxış edən Dieqo Kostaya məxsusdur. Braziliyalı 2003-05-ci illərdə oynadığı “Atletiko-Parenaense”də 163 matça çıxıb. Onun ən yaxın izləyicisi isə komandanın indiki qapıçısı Veyertondur – 63 matç.
Qeyd edək ki, Kosta Topaz Premyer Liqasında 20 oyun keçirib.

0
0