Avqustun ən yaxşısı – Mindauqas Kalonas?
24.09.2013 - 14:15
Topaz Premyer Liqasında avqust ayında özünü ən yaxşı tərəfdən göstərmiş futbolçunun kimliyinə qismən aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, sabah saat 15:00-da “Fairmont Baku” otelində keçiriləcək mükafatlandırma mərasimində “Bakı”nın futbolçusu “ayın oyunçusu” tituluna sahib çıxacaq.
Bunun isə Mindauqas Kalonas olacağını yəqin etmək olar. Çünki Litva yığmasının mərkəz yarımmüdafiəçisi avqustda keçirilən 5 oyunda özünü komanda yoldaşlarından daha yaxşı göstərib və 3 qol vurub.
Qeyd edək ki, sabah həmçinin avqustda keçirilən oyunlar zamanı vurulmuş ən gözəl qolun müəllifi mükafatlandırılacaq. Bu, AZAL-ın nigeriyamənşəli ABŞ-dan olan hücumameylli yarımmüdafiəçisi Con Oluremidir.

0
0