“Di Kanio özünü diktator kimi aparırdı”
24.09.2013 - 16:11
Rusiya millisinin baş məşqçisi Fabio Kapello həmyerlisi Paolo di Kanionun “Sanderlend”in baş məşqçisi postundan istefaya göndərilməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı gənc həmkarının özünü diktator kimi apardığını bildirib.
Kapello hesab edir ki, problem Di Kanionun davranışlarındadır: “Di Kanio “Sanderlend”də işə yaxşı başladı, derbidə “Nyukasl”ı məğlub etdilər. Lakin tezliklə onun səmərəliyi itdi. Məşqçi işində əsas məqam oyunçularla münasibətdir. Futbolçular özləri deyir ki, Di Kanio özünü diktator kimi aparırdı. Fikrimcə, onun uğur qazana bilməməsinin səbəbi məhz budur”.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının sonuncu turunda “Vest Bromviç”ə 0:3 hesabı ilə məğlubiyyət Paolo di Kanionun “Sanderlend”in baş məşqçisi postu ilə vidalaşmasıyla nəticələndi.

0
0