“Bakı”nın 3 futbolçusu sınaqdan üzüağ çıxdı
24.09.2013 - 17:11
“Bakı” Premyer Liqa matçlarına hazırlıq zamanı fərqli formalardan yararlanır. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milinko Pantiç cərimə zərbələri üçün xüsusi hazırlıq keçir.
Təmrinə əsasən 5 nəfərlik süni “canlı sədd”in önündə duran futbolçular növbə ilə cərimə nöqtəsindən dəqiqliklərini yoxlayır. Edin Nuredinoskinin qoruduğu “çərçivə”ni Əfran İsmayılov, Aleksandar Şoliç, Risto Ristoviç, Elvin Məmmədov və Lukas Mario Horvat yoxlamadan keçirib. Saatyarımlıq səhər məşqindən sonra verilən tapşırığı İsmayılov, Horvat və Şoliç daha dəqiq yerinə yetirib.
Son tur “İnter”lə matçda (2:2) cərimə zərbəsindən fərqlənən Əfran yenə diqqət mərkəzinə düşüb. Çünki Pantiç oyunlar zamanı daha çox onun topun arxasına keçməsinə üstünlük verir. Üstəlik, çalışdırıcı hazırlıq zamanı özü də qapıya vurduğu zərbələrlə yetirmələrinə “master-klass”ını göstərir.
Qeyd edək ki, “Bakı” növbəti turda evində “Sumqayıt”ı qəbul edəcək. Sentyabrın 28-də baş tutacaq görüş saat 16:00-da başlayacaq.

0
0