“Qalatasaray”da gözlənilməz hadisə: Aysal Terimə 48 saat vaxt verdi - VİDEO
24.09.2013 - 20:53
“Qalatasaray” prezidenti Ünal Aysal bu gün qatıldığı “Sportif AŞ”nin mətbuat konfransında maraqlı açıqlamalar verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbəri və baş məşqçi Fatih Terim arasında günlərdir yaşanan polemika artıq son həddə çatıb.
Belə ki, Rəhbərlik Terimin həm “Qalatasaray”ı, həm də Türkiyə millisini çalışdırmağından narazıdır. Aysal artıq bu məsələnin təcili həllinin cacib olduğunu və ən geci 48 saat içində hər şeyin dəqiqləşəcəyini deyib. Onun sözlərinə görə, türkiyəli mütəxəssis yığmanı, yoxsa “sarı-qırmızılı” komandanı çalışdıracağı ilə bağlı dəqiq qərar verməlidir.
Qeyd edək ki, Abdullah Avcının millidəki uğursuzluqları və ardından istefa verməsindən sonra Türkiyə Futbol Federasiyası (TFF) komandanı bu çətin vəziyyətdən çıxarmaq üçün Terimə müraciət etmişdi. Təcrübəli mütəxəssis isə 1 ay əvvəl “Qalatasaray” rəhbərliyinin də razılığı ilə həm hazırkı komandasını, həm də 1 illik yığmanı çalışdırmağa razılıq verdi. Millidəki uğurlardan sonra TFF rəsmiləri Terimlə daha uzun müddət çalışacaqlarını açıqladı. Bu məsələdən narahat olan Ünal Aysal isə müqaviləsi bu mövsüm başa çatacaq 60 yaşlı məşqçiyə daha 2 illik müqavilə təklif etdiklərini dedi. Terim isə bu anlaşmanı imzalamağa hələ tələsmir.
Ünal Aysalın bu günkü açıqlamasını təqdim edirik:

0
0