TFF Fatih Terim üçün hərəkətə keçdi
24.09.2013 - 21:48
TFF Fatih Terim üçün hərəkətə keçdi
“Qalatasaray” rəhbəriyi baş məşqçi Fatih Terim ilə yolları ayırdıqdan sonra Türkiyə Futbol Federasiyası (TFF) dərhal hərəkətə keçib. Apasport.az saytının məlumatına görə. “Doğan Haber Ajansı”na danışan TFF prezidenti Yıldırım Dəmirörən Terimlə ən qısa zamanda görüşəcəklərini və onun uzun müddət milli komandada qalması üçün əllərindən gələni edəcəklərini deyib:

“Əslində biz 3+1 illik müqavilə imzalamaq üçün ondan söz almışdıq. Terimlə dərhal görüşüb detalları müzakirə edəcəyik”.

Qeyd edək ki, bir ay əvvəl TFF ilə 1 illik müqavilə imzalayan 60 yaşlı mütəxəssis həm “Qalatasaray”ı, həm də Türkiyə yığmasını çalışdırırdı.