Türkiyədə 45 illik klub fəaliyyətini dayandırır
25.09.2013 - 00:37
Türkiyədə 45 illik klub fəaliyyətini dayandırır
Türkiyənin köklü futbol klublarından olan “Diyarbəkirspor” fəaliyyətini dayandırır. Apasport.az saytının qardaş ölkə mətbuatına istinadən xəbərinə görə, hazırda üçüncü divizionda çıxış edən klub maliyyə problemləri səbəbindən bu qərarı alıb.

Belə ki, artıq klubun əksər futbolçuları komandanı tərk ediblər. Rəhbərlikdən verilən açıqlamaya görə, bu barədə yaxın vaxtlarda Türkiyə Futbol Federasiyasına da müraciət rdiləcək və klubun fəaliyyəti rəsmən dayandırılacaq.

Qeyd edək ki, 1968-ci ildə əsası qoyulan “Diyarbəkirspor” 2000-2001 və 2009-2010 mövsümündə Superliqada çıxış edib.