Florentino Peres: Qaret Beyli ucuz qiymətə aldıq
25.09.2013 - 01:38
Florentino Peres: Qaret Beyli ucuz qiymətə aldıq
“Real”ın prezidenti Florentino Peres maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan Peres yeni transferləri Qaret Beyl üçün xərclənən böyük məbləğlə bağlı fikirlərini dilə gətirib.

Klub rəhbəri Beyli “Tottenhem”dən ucuz qiymətə transfer etdiklərini bildirib: “Qaret Beyli ucuz qiymətə aldıq. Çünki o dəyərli futbolçudur. Biz vaxtilə Luiş Fiqu, Zinəddin Zidanı da münasib qiymətə heyətimizə qata bildik və onların da bizə çox köməyi oldu. Hesab edirəm ki, bizim transfer siyasətimiz dünyada ən yaxşı nümunədir”.

Qeyd edək ki, futbol ictimaiyyəti 100 milyon avronun Beyl üçün həddən artıq olduğunu deyir.