Popoviç və Nduka oynadı, komandası mərhələ adladı
25.09.2013 - 02:43
Futbol üzrə Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Andrey Popoviç və Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” doğma arenada “Dardanelspor”la üz üzə gəlib.
Dumlupınar keçirilən qarşılaşmada 90 dəqiqəsi və əlavə vaxtı qolsuz başa çatıb. Bununla da tərəflər penaltilərə üz tutub. Bu mərhələdə daha dəqiq oynayan ev sahibi komanda meydandan 6:5 hesabı ilə qalib ayrılıb və adını 3-cü tura yazdıra bilib.
Baş məşqçi Ümit Erol Tok qapıçı Popoviçə start heyətdə şans versə də müdafiəçi Nduka 59-cu dəqiqədə meydana daxil olub və hər iki futbolçumuz da sona qədər mübarizə aparıb.
Türkiyə Kuboku
2-ci tur
24 sentyabr
“Tavşanlı Linyitspor” – “Dardanelspor” – 0:0 (penaltilər - 6:5)

0
0