“Fatih Terim gözyaşlarına boğuldu - VİDEO
25.09.2013 - 05:44
“Fatih Terim gözyaşlarına boğuldu - VİDEO
“Qalatasaray”ın baş məşqçi Fatih Terimlə yollarını ayırması “sarı-qırmızılı” camiyənin
böyük etirazına səbəb olub. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup azarkeş klub bazasının önünə yığışarkən, digərləri isə Terimin evinin önünə gedib.

Gecə saatlarına kimi təcrübəli çalışdırıcının evdən çıxmasını gözləyən azarkeş izdihamı rəhbərliyi istefaya səsləyib və Terimə sonuna qədər dəstək olacaqlarını deyib. 60 yaşlı məşqçi maşınla evdən çıxarkən bu qədər sevgi seli qarşısında gözyaşlarını saxlaya bilməyib.