Özü “Borussiya”da, ağlı “Bavariya”da
25.09.2013 - 06:44
Özü “Borussiya”da, ağlı “Bavariya”da
Dortmund “Borussiya”sının futbolçusu Robert Levandovski gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Almaniya mətbuatına danışan 25 yaşlı hücumçu yanvarda klubdan ayrıla biləcəyini deyib.

Belə ki, polşalı forvard ötən mövsüm “Bavariya”ya keçmək istəyib, amma klubu buna icazə verməyib. Hələ də Münhen təmsilçisini unutmadığını bildirən Levandovski qış transfer pəncərəsində bu istəyinin reallaşa biləcəyini açıqlayıb: “Gələn il “Bavariya”ya transfer oluna bilərəm. Bu xəbəri yanvar ayında da açıqlaya bilərəm. Çünki qışda Münhen klubu ilə müqavilə imzalaya bilərəm”.

Qeyd edək ki, Levandovski 2010-cu ildən Polşanın “Lex” klubundan “Borussiya”ya transfer olunub.