“Xəzər Lənkəran”dan getdi, günəşdən pul çıxaracaq
25.09.2013 - 09:37
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Aleksandr Pitsurka özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı 2 il əvvəl tərk edən rumıniyalı futboldan uzaqlaşır.
“Xəzər Lənkəran”ı tərk edəndən sonra heç bir komandada oynamayan, rəsmi matç keçirməyən Pitsurka biznesə girişib.
Rumıniyalı günəş işığından enerji əldə edəcək şirkətə sərmayə qoyub. Rumıniya yığmasının sabiq baş məşqçisi Viktor Pitsurkanın oğlu bu sahəyə 1,5 milyon avro xərcləyib. Fotoelektrik prosesləri ilə enerji istehsal edəcək mənbə Pyatra şəhərində 20 min kvadrat metr sahədə quraşdırılır. 2 ildir futboldan uzaq düşən 30 yaşlı hücumçunun bundan sonra yenidən meydanlara qayıdacağı inandırıcı görünmür.
Qeyd edək ki, Pitsurka karyerasının son klubu olan “Xəzər Lənkəran”da 5 oyun keçirib.

0
0