Fərid Quliyev əvəzedici komandaya göndərilir
25.09.2013 - 10:25
Fərid Quliyev əvəzedici komandaya göndərilir
Millimizin sabiq hücumçusu Fərid Quliyev “Kahramanmaraşspor”un əvəzedici komandasına göndərilə bilər. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Yılmaz Özləm hələ də qələbə qazana bilməməklə sonuncu pillədə olan komandanın heyətində islahatlar aparmaq qərarına gəlib.

Heyət geniş və lazımsız futbolçulardan ibarət olduğundan, bu sayın 26-ya endirilməsi nəzərdə tutulub. Bunun üçün “18-liy”ə düşməyi bacarmayan oyunçular əvəzedici komandaya göndəriləcək. Əks-marşrutla isə əsas komandaya futbolçular götürüləcək. Bu gün “Tosya Bələdiyyəspor”la Türkiyə kubokunun matçında da Fərid meydana çıxmazsa, onun azı qışa kimi 2-ci komandaya göndərilməsi böyük ölçüdə dəqiqləşəcək.

Qeyd edək ki, Fərid Quliyev ilk 3 turda “18-lik”də yer alsa da, son dəqiqələrdə meydana çıxırdı. Son 3 turda isə o, “18-liy”ə ümumiyyətlə düşməyib. Onun zədələndiyi bildirilir.