“Onlar uduzsalar da, meydanı başıuca tərk etdilər”
25.09.2013 - 11:12
“Onlar uduzsalar da, meydanı başıuca tərk etdilər”
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Patrisiya Qonzales Avropa çempionatının seçmə mərhələsində çıxış edən yetirmələrindən razıdır. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Avstriya yığması ilə 2-ci turun qarşılaşmasındakı 0:2 hesablı məğlubiyyəti şərh edib.

Gənc mütəxəssis güclü rəqiblə qarşılaşmada futbolçularımızın özlərini yaxşı tərəfdən göstərdiyini bildirib: “Avstriya yığması ilə oyunda yetirmələrim 0:2 hesabı ilə uduzdu. Biz futbolçularımızdan bundan artığını tələb edə bilmərik. Onlar uduzsalar da, layiqli oyun göstərib, meydanı başıuca tərk etdilər”.

Qeyd edək ki, millimiz Avstriyadan əvvəl Xorvatiyaya uduzmuşdu – 1:3.