“Xəzər Lənkəran” artıq öz oyununu tapıb” - MÜSAHİBƏ
25.09.2013 - 13:00
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran” Topaz Premyer Liqasının ilk 4 turunda qələbə qazana bilməsə də, son 2 matçda meydanı 3 xalla tərk edirsiniz. Komandanın “qara zolaq”dan çıxdığını söyləmək olar?
- Düzdür, ilk turlarda qələbə qazana bilmirdik, amma pis oynamırdıq. Sadəcə, qol vəziyyətlərini reallaşdırmaqda çətinlik çəkirdik. Həm bəxt amili, həm də yeni gələn futbolçuların komandaya uyğunlaşmamağı öz sözünü deyirdi. Bu isə psixoloji baxımdan da kollektivə mənfi təsir göstərirdi. Futbol elədir ki, aparıcı klub bir neçə oyunda qələbə qazanmayanda təzyiqlə üzləşir. Son 2 görüşdə qələbə qazanmaqla “qara zolaq”dan çıxdıq. Əldə edilən 6 xal komandanın əhval-ruhiyyəsinə çox təsir etdi. Artıq üst pillələrə bir qədər yaxınlaşmış olduq.
- “Bakı” və AZAL (2:1, 3:1) üzərində qazanılan qələbələrin sirri nədədir?
- Xüsusi bir şey yoxdur. Sadəcə, zamanla futbolçular bir-birlərinə uyğunlaşırlar. Düşünürəm ki, vaxt keçdikcə daha yaxşı oynayacağıq. Vəziyyəti xeyrimizə dəyişdik, qələbələrin ardı gəlməlidir.
- Ardıcıl 4 dueldə qalib gələ bilməyəndən sonra baş məşqçi Con Toşak məşq prosesində və ya taktikada hansısa dəyişikliyə əl atdı?
- Xeyr. Dediyim kimi, hər hansısa yenilik olmadı. Son oyunlara necə əzmlə hazırlaşırdıqsa, ilk turlarda da elə idi. Sadəcə, bir qədər zamana ehtiyacımız vardı. Deməzdim ki, artıq “Xəzər Lənkəran” tam olaraq öz oyununu tapıb. Biz bundan da artığına qadirik. Yaxşı heyət, hər cür şəraitimiz var. Bizə yalnız yaxşı nəticə göstərmək qalır.
- “Xəzər Lənkəran” qolları əsasən cinah ötürmələrindən sonra vurur? Komanda bunun üzərində xüsusi işləyir?
- Baş məşqçimiz bütün məqamlara fikir verir. Nəyinsə üzərində xüsusi çalışmırıq. Qolları cinahlardan vurmuşuqsa, demək, oyunumuz belə alınıb. Sabah başqa cür də ola bilər.
- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. “Bankirlər”in hazırkı durumunu göz önünə alaraq, “Xəzər Lənkəran”ın görüşün favoriti olduğunu söyləmək olar?
- Razıyam, “İnter” yeni mövsümdə özünə bənzəmir. Ancaq bu komanda həmişə iddialı olub. Düşünürəm ki, “qara zolaq”dan çıxmaq üçün “İnter”in də qələbəyə ehtiyacı var. Ümid edirəm ki, bu, bizimlə görüşdə baş verməz. “Xəzər Lənkəran” ev oyunlarında rəqiblərinə aman verməməlidir.

0
0