Avqustun ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO
25.09.2013 - 13:58
Avqustun ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, “Bakı”nın futbolçusu Cavid Hüseynov ötən ayın ən yaxşısı adını qazanıb.

Cari mövsümün ilk laureatı olan yarımmüdafiəçi karyerasında ilk dəfə çempionatda ayın futbolçusu seçilib. Cavid bu günü keçirilən mükafatlandırma mərasimində təltif olunacaq.

Qeyd edək ki, Hüseynov avqustda keçirdiyi 5 oyunda 3 qol vurub.