Con Oluremi: Belə mükafatın verilməsindən xəbərim yox idi
25.09.2013 - 14:24
Con Oluremi: Belə mükafatın verilməsindən xəbərim yox idi
“Açığı, belə mükafatın verilməsindən xəbərim yox idi. Mükafat qazandığım üçün şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın futbolçusu Con Oluremi deyib.

Topaz Premyer Liqasında avqust ayında vurulmuş ən gözəl qolun müəllifi müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən AZAL klubunun yarımmüdafiəçisi Olureminin IV turda “Sumqayıt”ın qapısına vurduğu qol avqust ayının ən yaxşısı seçilib. Amerikalı yarımmüdafiəçisi bu gün “Fairmont Baku” mehmanxanasında təşkil olunan qaliblərin mükafatlandırılması mərasimində təəssüratlarını bölüşüb: “Sumqayıt"a vurduğum qolu yaxşı xatırlayıram. Viktor İqbekoyi mənə ötürmə etmişdi. Mən də gözəl qola imza atmışdım. AZAL-ın düşdüyü durum müvəqqətidir. Cəmi 2 turdur qələbə qazana bilmirik”.

Qeyd edək ki, Con Olureminin qolu 771 səs toplayıb. Bu isə 35 % deməkdir.